“Napoli” Çengiz Ündərlə anlaşıb

“Napoli” Çengiz Ündərlə anlaşıb
  • Clock-gray 15:31
  • calendar-gray 01 İyul 2020

İtaliyanın “Roma” klubunun futbolçusu Çengiz Ündər mövsümlərarası fasilədə komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi A seriyasının digər klubu “Napoli”yə keçməyə yaxındır.

Neapollular hücumameylli yarımmüdafiəçi ilə anlaşıb. Onun keçidi baş tutsa, yeni klubunda mövsümə 3 milyon avro qazanacaq.

Lakin türk futbolçunun transferi üçün iki klub arasında da razılıq əldə olunmalıdır. Paytaxt təmsilçisi futbolçusu üçün 30 milyon avro istəyir.

Qeyd edək ki, Çengiz cari mövsüm 21 oyunda 3 qol vurub.

ApaSport

Digər xəbərlər