Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib

Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib
  • Clock-gray 09:49
  • calendar-gray 23 Sentyabr 2020

Niderland millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Apasport.az saytının məlumatına görə, komandanı bundan sonra Frank de Bur çalışdıracaq.

 

50 yaşlı mütəxəssislə aparılan danışıqlar müsbət nəticələnib. De Bur Niderland Kral Futbol Assosiasiyası ilə 2 illik müqavilə bağlamağa razılıq verib. O, bu postda “Barselona”nın baş məşqçisi təyin olunan Ronald Kumanı əvəzləyəcək.

 

Qeyd edək ki, Frank de Burun son iş yeri ABŞ klubu “Atlanta Yunayted” olub. Çalışdırıcı həmçinin “Ayaks” (Niderland), “İnter” (İtaliya) və “Kristal Pelas”a (İngiltərə) da rəhbərlik edib.

apa-logo-mini

Digər xəbərlər