Olivye Jiru: "Bakıda xəyallarda idim"

Olivye Jiru: "Bakıda xəyallarda idim"
  • Clock-gray 23:46
  • calendar-gray 30 May 2020

"Bakıdakı oyun mənim üçün xüsusi an idi. Həmin finala əlavə motivasiya ilə hazırlaşmışdım".

Apasport.az saytının məlumatına görə, bunu "Çelsi"nin hücumçusu Olivye Jiru 2018-19 mövsümünün Avropa Liqasının finalında "Arsenal"la keçirilən oyun haqda danışarkən deyib.

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma ilə bağlı xatirələrini bölüşən fransalı forvard həmin gün onda hər şeyin alındığını söyləyib: "Arsenal"a hələ də gücümün olduğunu sübut etməliydim. Qol vurdum, assist etdim və penalti qazandırdım. Hər şey mənim üçün əla alındı, 4 qolun 3-də iştirak etdim. Həmin gün xəyallarda idim. Çünki hər şeyin yaxşı nəticələnəcəyi barədə təsəvvürüm yox idi. "Çelsi" ilə qalib gəlməkdən çox, keçmiş klubumu məğlub etmək istəyi mənə əlavə güc vermişdi".  
Qeyd edək ki, adıçəkilən final matçında 4:1 hesablı qələbə qazanan "Çelsi" Bakıdan Avropa Liqasının kuboku ilə ayrılıb.

ApaSport

Digər xəbərlər