Paulo Dibala yenidən koronavirusa yoluxub

Paulo Dibala yenidən koronavirusa yoluxub
  • Clock-gray 22:07
  • calendar-gray 04 Aprel 2020

"Yuventus"un hücumçusu Paulo Dibala yenidən karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, həm argentinalı futbolçu, həm də sevgilisi Oriana Sabatini növbəti dəfə xəstəxanaya yerləşdirilib.

Buna səbəb cütlüyün növbəti koronavirus testinin müsbət çıxması olub. Martın 21-də virusa yoluxduqları üçün xəstəxanaya yerləşdirilən, 3 gün əvvəl isə tam sağaldıqları bildirilən Dibala ilə Sabatininin üçüncü testində koronavirus xəstəliyi aşkarlanıb. Bu səbəbdən onlar yenidən karantinə alınıblar.

Ulduz futbolçunun sevgilisi sosial şəbəkə vasitəsilə etdiyi paylaşım zamanı məlumatı təsdiqləyib və testin nəticəsinə təəccübləndiklərini söyləyib.

ApaSport

Digər xəbərlər