“Qalatasaray” Benard Mensahla anlaşıb

“Qalatasaray” Benard Mensahla anlaşıb
  • Clock-gray 11:08
  • calendar-gray 07 Avqust 2020

Türkiyənin “Qalatasaray” klubu Benard Mensahla anlaşıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə şəxsi müqaviləni razılaşdırıb.

“Sarı-qırmızılar” futbolçunun keçidini həll etmək üçün onun transferi ilə bağlı danışıqlar aparır. “Kayserispor” İspaniya “Atletiko”sundan 3,6 milyon avroya aldığı oyunçu üçün bu məbləği hələ də ödəməyib. Kayseri təmsilçisi Mensahın sonrakı satışından madridlilərə faiz də verməlidir.

Bu rəqəmin ümumilikdə 5,2 milyona çatacağı gözlənilir. “Kayseripor” futbolçusunu alacaq klubun bütün bu məbləği ödəməsini istəyir. Buna görə də “Qalatasaray” təkcə Super Liqa klubu deyil, “Atletiko” ilə də danışıqlar aparır.

Transferdən ispaniyalılara faiz ödənilməməsi üçün Türkiyə təmsilçiləri icarə variantından da yararlana bilər. “Qalatasaray” kayserililərin “Atletiko”ya ödəməli olduğu vəsaiti verib, Mensahi bir neçə mövsümlük icarəyə götürə bilər.

ApaSport

Digər xəbərlər