"Qalatasaray" “Beşiktaş”ın çempionluq iddiası ilə bağlı bəyanat yayıb

"Qalatasaray" “Beşiktaş”ın çempionluq iddiası ilə bağlı bəyanat yayıb
  • Clock-gray 22:22
  • calendar-gray 01 İyun 2020

"Beşiktaş"ın prezidenti Ahmet Nur Çebinin son açıqlaması "Qalatasaray" cəbhəsində narazılıqla qarşılanıb.

Apasport.az saytının məlumatına görə, "ağ-qaralar"ın rəhbərinin 1986/87 mövsümü ilə bağlı iddiasını "cim-bom" rəsmiləri əsassız sayıb.

"Qalatasaray" rəsmi saytı vasitəsilə həmin mövsümün çempionluğunun onlara verilməli olduğunu söyləyən Nur Çebinin açıqlaması ilə bağlı bəyanat yayıb. "Sarı-qırmızılılar" 1986/87 mövsümündə halal zəhmətləri ilə çempion olduqlarını vurğulayıblar: "Həmin ilin çempionluq kubokunu onlara verilməsi üçün müraciət edən Ahmet Nur Çebinin sözləri böhtandır və əsası, dəlili yoxdur. "Qalatasaray"ın şanlı tarixinə ləkə yaxmaq üçün böhtan atan kitabın yazarı haqda lazımi hüquqi prosedura başlanılmışdı. Rəqibimizi keçmişdəki kuboku əldə etmək cəhdi əvəzinə meydanda ədalətli və dürüst yarış içində çempionluq qazanmağa dəvət edirik".

Qeyd edək ki, Ahmet Nur Çebi 1986/87 mövsümünün çempionluğunun onlara verilməsi üçün müraciət etdiklərini bildirib.

ApaSport

Digər xəbərlər