"Qalatasaray"ın koronavirusa yoluxmuş vitse-prezidenti sağalıb

"Qalatasaray"ın koronavirusa yoluxmuş vitse-prezidenti sağalıb
  • Clock-gray 17:02
  • calendar-gray 07 Aprel 2020

"Qalatasaray"da daha bir nəfər koronavirus xəstəliyinə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terimdən sonra vitse-prezidenti Abdurrahim Albayrak da tam sağalıb.

Klub rəsmisinin son tibbi testi mənfi nəticə verib. Ötən həftə xəstəxanadan buraxılan və müalicəsini ev şəraitində davam etdirən Albayrakla oğlunun artıq koronavirusla bağlı problemi qalmayıb. Lakin onlar karantin müddətinin bitməsini gözləməlidirlər.

Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir.

ApaSport

Digər xəbərlər