“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bərpa edir

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bərpa edir
  • Clock-gray 11:56
  • calendar-gray 04 İyul 2020

Niderland millisinin daha bir sabiq futbolçusu karyerasını bərpa edir.

Apasport.az saytının məlumatına görə, dünya çempionatının gümüş mükafatçısı Uesli Sneyder “Utrext” klubunda çıxış etmək niyyətindədir.

Karyerasını ötən il Qətərin “Əl-Qərəfə” klubunda başa vuran 36 yaşlı yarımmüdafiəçi bir ildən sonra meydanlara dönməyə hazırlaşır. Utrextdə anadan olan Sneyder heç vaxt şəhərin eyniadlı komandasında oynamayıb. Uesli təklif aldığı klub rəhbərliyinə fikirləşəcəyini bildirib.

“Ayaks”ın yetirməsi olan Sneyder İspaniyada “Real”, İtaliyada “İnter”, Türkiyədə “Qalatasaray”, Fransada “Nitsa”nın formasını geyinib. O, 2013-18-ci illərdə millidə 134 matça çıxmaqla rekorda imza atıb. Onun hesabında 31 qol var.

Qeyd edək ki, bir müddət öncə Aryen Robben də karyerasını bərpa edəcəyini açıqlayıb.

ApaSport

Digər xəbərlər