"Qarabağ" rekordla qalib gəlib, "Sabah" "Sumqayıt"ı məğlub edib

"Qarabağ" rekordla qalib gəlib, "Sabah" "Sumqayıt"ı məğlub edib
  • Clock-gray 18:57
  • calendar-gray 15 Fevral 2020

Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün ilk iki görüş keçirilib.

Oyunlardan biri Bakıda, digəri Sumqayıtda olub. Paytaxtdakı qarşılaşmada lider "Qarabağ" qış fasiləsində xeyli güclənən "Zirə"nin qonağı olub.

Yarandığı 2015-ci ildən bəri ağdamlılar üzərində qələbə qazana bilməyən qəsəbə təmsilçisi uğursuz seriyaya yenə son qoya bilməyib. "Qarabağ" matçın taleyini ilk yarım saatda həll ediblər. Birinci hissədə 4:0 hesabı ilə önə keçən son çempion fasilədən sonra rəqibi daha 2 dəfə mərkəzə dəvət edib. "Qarabağ" 6 qolluq fərqlə qalib gələrək, mövsümün rekorduna imza atıb.

2020-ci ilə uğurlu start götürərək 4-cü pilləni ələ keçirən "Sumqayıt" ardıcıl ikinci dəfə doğma arenasında mübarizə aparıb. "Kimyaçılar" qış fasiləsində yeni transferlərlə diqqət çəkən "Sabah"la üz-üzə gəliblər. "Sumqayıt" qalib gəlməklə "Zirə"dən bir qədər uzaqlaşa bilərdi. Lakin paytaxt təmsilçisi buna imkan verməyib. "Sabah" ikinci hissədə 4 dəqiqə ərzində 2 qol vuraraq, səfərdən 3 xalla qayıdıb. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb.

Qeyd edək ki, turun "Neftçi" - "Keşlə" və "Səbail" - "Qəbələ" oyunları fevralın 16-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVII tur
15 fevral (şənbə)
15:00. “Zirə” –“ Qarabağ” - 0:6
Qollar:
Bədavi Hüseynov, 4; Xayme Romero, 11; Mahir Emreli, 14; Ailton Silva, 28; Abdullah Zubir, 61; Maqaye Qeye, 85
Qırmızı vərəqə: Cavid Hüseynov, 68
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
“Zirə”: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 23. Mfo Kqasvane, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 3. Ali Sisey, 18. Anton Corc, 11. Davit Volkov, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake, 20. Əli Şirinov, 55. Rauf Hüseynli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 8. Markos Madera, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Zirə İdman Kompleksinin stadionu

17:00. “Sumqayıt” – “Sabah”- 1:2
Qollar:
Əmir Ağayev, 90+1 - Şakir Seyidov, 59; Ozan Can Kökcü, 62
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
"Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov, 38. Arsen Ağcabəyov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 23. Amadu Diallo, 97. Emil Qasımov, 2. Elçin Mustafayev
Baş məşqçi: Jelko Sopiç
“Kapital Bank Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

17

11

5

1

31-7

38

2

Neftçi

16

7

6

3

23-12

27

3

Keşlə

16

7

5

4

20-14

26

4

Sumqayıt

17

6

4

7

21-24

22

5

Zirə

17

5

5

7

21-30

20

6

Sabah

17

5

4

8

19-22

19

7

Səbail

16

4

3

9

11-25

15

8

Qəbələ

16

3

4

9

17-29

13

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ") - 6 qol.

ApaSport

Digər xəbərlər

Arxiv

date