“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi bilinib

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi bilinib
  • Clock-gray 14:00
  • calendar-gray 10 Avqust 2020

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bəlli olub.

İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın “Sileks” klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk raundu keçsə, “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

Bu matç avqustun 25-26-da keçiriləcək. “Qarabağ” – “Sileks” cütünün qalibi bu oyuna evdə çıxacaq.

Qeyd edək ki, Bakıda baş tutacaq “Qarabağ” – “Sileks” oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.

ApaSport

Digər xəbərlər