Rauf Əliyev 7-ci komandasının heyətində fərqlənib

Rauf Əliyev 7-ci komandasının heyətində fərqlənib
  • Clock-gray 10:47
  • calendar-gray 17 Fevral 2020

Azərbaycan Premyer Liqasının XVII turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, qış fasiləsində “Səbail”ə keçən hücumçu “Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb.

O, cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənib. Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də bunu bacarıb.

“Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. 31 yaşlı oyunçu Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.

ApaSport

Digər xəbərlər

Arxiv

date