Rəşad Sadıqov "Qarabağ"dan ayrılıb

Rəşad Sadıqov "Qarabağ"dan ayrılıb
  • Clock-gray 18:05
  • calendar-gray 15 İyul 2020

"Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov klubla vidalaşıb.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı keçmiş müdafiəçi instaqram səhifəsi vasitəsilə bunu bəyan edib.

Ağdam klubunda məşqçi kimi fəaliyyət göstərməsi gözlənilən Sadıqov paylaşımı ilə bunun da baş tutmayacağını bildirib: "Əziz "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm".

Qeyd edək ki, Rəşad Sadıqovun "Zirə"nin baş məşqçisi postuna keçməsi gözlənilir

ApaSport

Digər xəbərlər