Rusiya klubu koronavirusa görə növbəti dəfə texniki məğlubiyyət alıb

Rusiya klubu koronavirusa görə növbəti dəfə texniki məğlubiyyət alıb
  • Clock-gray 17:05
  • calendar-gray 22 Sentyabr 2020
 

 

Rusiyanın “Rotor” klubu yenə texniki məğlubiyyətlə üzləşib.

 

Apasport.az saytının məlumatına görə, bu dəfə Premyer Liqanın VIII turunda “Rostov”la keçirilməli olan qarşılaşma ilə bağlı analoji qərar qəbul olunub.

 

Volqoqrad təmsilçisi koronavirus pandemiyası səbəbindən görüşə çıxa bilmədiyi üçün yenilgiyə düçar olub. Bununla “Rotor” cari mövsümdə 3-cü dəfə eyni halla üzləşib. Premyer Liqanın VII turunda “Krasnodar”, Rusiya kubokunun isə 1-ci mərhələsində Stavropol “Dinamo”suna qarşı meydana çıxmayan komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Qeyd edək ki, “Rotor”un 10-dan çox futbolçusunun koronavirus infeksiyasına yoluxduğu açıqlanıb.

 
 
apa-logo-mini

Digər xəbərlər