Serbiya millisinin futbolçusu evdən çıxdığı üçün 3 aylıq həbs edilib

Serbiya millisinin futbolçusu evdən çıxdığı üçün 3 aylıq həbs edilib
  • Clock-gray 00:51
  • calendar-gray 06 Aprel 2020

Serbiya millisinin futbolçusu Aleksandar Priyoviç karantin qaydalarını pozub.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu küçəyə çıxma qadağasına əməl etməyib.

Səudiyyə Ərəbistanı klubu "Əl-İttihad"ın formasını geyinən Priyoviç ölkəsinin paytaxtı Belqradda karantin qaydalarını pozarkən yaxalanıb. O, 19 nəfərlə bir otelin barında əylənərkən polis tərəfindən saxlanılıb.

Məhkəmənin qərarına əsasən, forvard 3 aylıq ev həbsi cəzasına məruz qalıb.

ApaSport

Digər xəbərlər