Son 20 ilin ən çox quru oyun keçirən qapıçıları bəlli olub

Son 20 ilin ən çox quru oyun keçirən qapıçıları bəlli olub
  • Clock-gray 12:00
  • calendar-gray 01 İyul 2020

Son 20 ildə ən çox quru oyun keçirən qapıçıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2000-ci ildən sonrakı dövrdə qapısını daha çox toxunulmaz saxlayan qolkiperlərin adları bəlli olub.

Cədvələ İker Kasilyas başçılıq edir. Onun aktivində keçirdiyi bütün turnirlərdə üst-üstə 439 quru oyun var. Canluici Buffon ikinci, Petr Çex üçüncüdür.

Türkiyə millisinin sabiq qapıçısı Volkan Dəmirəl də “Top-25”də yer alıb. O, Stiv Mandanda ilə 17-ci yeri bölüşür.

1. İker Kasilyas – 439
2. Canluici Buffon – 420
3. Petr Çex – 391
4. Pepe Reyna – 343
5. Manuel Noyer – 320
6. İqor Akinfeyev – 316
7. Andrey Pyatov – 269
8. Edvin Van Der Sar – 266
9. Viktor Valdes – 260
10. Mikael Landro – 253
11. Uqo Loris - 253
12. Rui Patrisio – 244
13. Tim Hovard – 242
14. Allan Makqreqor – 240
15. Samir Handanoviç – 230
16. Co Hart – 223
17-18. Volkan Dəmirəl – 219
Stiv Mandanda – 219
19. Tibo Kurtua – 218
20. Julio Sezar – 216
21. Artur Boruç – 215
22. Silvio Proto – 212
23. Andreas İsaksson – 210
24. Mark Şvartser – 207
25. Kasper Şmeyxel – 205

ApaSport

Digər xəbərlər