Türkiyə Super Liqasında əcnəbi limiti və mövsümün start tarixi açıqlanıb

Türkiyə Super Liqasında əcnəbi limiti və mövsümün start tarixi açıqlanıb
  • Clock-gray 22:48
  • calendar-gray 08 İyul 2020

Türkiyə Super Liqasında əcnəbi limiti ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, qarşıdakı iki mövsümdə klublar müvafiq olaraq 14 və 12 əcnəbi oyunçuya yer verə biləcəklər.

2020/21 mövsümündə matçın iştirak ərizəsində yer alacaq 14 əcnəbidən 8-i start heyətində meydana çıxa biləcək ki, 6 nəfər də ehtiyatda oturacaq. 2021/22 mövsümündə isə klublar ilk "onbirlik"də 7 əcnəbi meydana buraxacaqlar və 5-i də ehtiyatda vaxtını gözləyəcək.

Bundan başqa, növbəti mövsüm 1996-cı il təvəllüdlü və ya daha gənc bir oyunçu meydanda olmalı, 1998-ci il təvəllüdlü futbolçu isə 21 nəfərlik siyahıda yer almalıdır.

Həmçinin 2020/21 mövsümünün sentyabrın 11-də start götürməsi qərara alınıb. Plana əsasən, mövsüm gələn il mayın 16-da başa çatmalıdır.

ApaSport

Digər xəbərlər