Türkiyə kubokunda “Antalyaspor”la “Trabzonspor” qələbə qazanıb

Türkiyə kubokunda “Antalyaspor”la “Trabzonspor” qələbə qazanıb
  • Clock-gray 23:28
  • calendar-gray 16 Yanvar 2020

Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün iki matç keçirilib.

“Antalyaspor” öz meydanında “Göztəpə” ilə qarşılaşıb. 7 qolun vurulduğu görüşdə ev sahibləri qələbə qazanıblar.

“Trabzonspor” isə “Dənizlispor”u sınağa çəkib. Bu görüşdə də qonaqlar məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, 1/8 finalın cavab oyunları yanvarın 21-23-də baş tutacaq.

Türkiyə kuboku
1/8 final, ilk oyunlar
16 yanvar
“Antalyaspor” – “Göztəpə” – 4:3

Alpsoy, 10, 83, Kurtuluş, 18, Anjelo, 67 – Kastro, 1, Kadah, 44, Paluli, 74
“Trabzonspor” – “Dənizlispor” – 2:0
Sosa, 21, Nvakaeme, 80

ApaSport

Digər xəbərlər

Arxiv

date