Türkiyə kubokunda son iki yarımfinalçı və cütlər bilinib

Türkiyə kubokunda son iki yarımfinalçı və cütlər bilinib
  • Clock-gray 22:19
  • calendar-gray 13 Fevral 2020

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün cavab oyunları çərçivəsində son iki görüş keçirilib.

"Trabzonspor" ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da "Ərzurumspor" üzərində böyükhesablı qələbəyə sevinib.

Superliqanın lideri "Sivasspor" öz meydanında "Antalyaspor"u qəbul edib. Antalyada olduğu kimi, Sivasda da bərabərlik qeydə alınıb. Lakin səfər matçında qol vurduğu üçün "Antalyaspor" adını yarımfinala yazdırıb.

Bu nəticələrdən sonra yarımfinal mərhələsinin cütləri də müəyyənləşib. Finala vəsiqə uğrunda "Trabzonspor" "Fənərbaxça" ilə, "Alanyaspor" isə "Antalyaspor"la qarşılaşacaq. Bu mərhələnin oyunları 3-5 mart və 21-23 aprel tarixlərində olacaq.

Türkiyə kuboku
1/4 final mərhələsi, cavab oyunları
13 fevral
"Ərzurumspor" - "Trabzonspor" - 1:4

Ayaroğlu, 17 - Gilyerme, 9, 46; Parmak, 68; Kınalı, 83
İlk oyun - 0:5

"Sivasspor" - "Antalyaspor" - 1:1
Öztəkin, 31 - Doğukan, 49
İlk oyun - 0:0

ApaSport

Digər xəbərlər

Arxiv

date