UEFA AVRO-2020-nin pley-off oyunlarının tarixini açıqlayıb

UEFA AVRO-2020-nin pley-off oyunlarının tarixini açıqlayıb
  • Clock-gray 16:41
  • calendar-gray 01 Aprel 2020

AVRO-2020-nin pley-off oyunlarının tarixi dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA qərar qəbul edib.

Quruma üzv olan 55 milli assosiasiyanın baş katibi ilə bugünkü videokonfransda yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib. İyunda keçirilməsi nəzərdə tutulan görüşlər sentyabra salınıb.

Qeyd edək ki, UEFA yığmaların iyundakı yoldaşlıq görüşlərini ləğv edib.

Pley-off oyunları
A liqası

İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan

B liqası
Bosniya və Herseqovina - Şimali İrlandiya 
Slovakiya - İrlandiya

C liqası
Şotlandiya - İsrail
Norveç - Serbiya

D liqası
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo

ApaSport

Digər xəbərlər