UEFA Superkubok matçını ləğv edə bilər

UEFA Superkubok matçını ləğv edə bilər
  • Clock-gray 12:59
  • calendar-gray 02 Aprel 2020

UEFA 2020-ci ildə keçirilməli olan Superkubok matçını ləğv edə bilər.

Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı Çempionlar Liqası və Avropa Liqasının qalibi arasında oyunun baş tutmayacağını iddia edir.

Bildirilir ki, avqustun 12-də Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda baş tutması planlaşdırılan görüş təşkil olunmayacaq. Koronavirus pandemiyası üzündən 1/8 final mərhələsi yarımçıq qalan Çempionlar Liqası və Avropa Liqasını başa çatdıra bilməyən qurum artıq Superkubok barədə düşünməyə ehtiyac görmür.

Qeyd edək ki, Superkubokun son qalibi ötən il Türkiyənin İstanbul şəhərindəki matçda “Çelsi”ni məğlub edən “Liverpul” olub.

ApaSport

Digər xəbərlər