UEFA milli komandalarla bağlı yeni təqvimi açıqlayıb

UEFA milli komandalarla bağlı yeni təqvimi açıqlayıb
  • Clock-gray 16:56
  • calendar-gray 13 Avqust 2020

UEFA aşağı yaş qrupu üzrə milli komandaların 2019/20 və 2020/21 mövsümünü əhatə edən turnirləri ilə bağlı qərarlar qəbul edib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 55 üzv assosiasiya ilə məsləhətləşmələrdən sonra bir sıra addımlar atıb.

UEFA koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, aşağıdakı qərarları rəsmiləşdirib.

2019/20
U-17, qızlar:

- Elit-raund və final turniri ləğv olunub.
- Dünya çempionatı təsdiqlənərsə, ən yüksək əmsal reytinqinə sahib üç Avropa komandası (İngiltərə, Almaniya, İspaniya) seçiləcək.

U-19, oğlanlar:
- Elit-raund 2020-ci ilin oktyabrında keçiriləcək.
- Şimali İrlandiyada final mərhələsi
2020-ci ilin noyabrında qrup mərhələsi;
2021-ci ilin martında pley-off mərhələsi.

2020/21
UEFA İcraiyyə Komitəsi 2020/21 mövsümündə gənclər arasındakı çempionatların seçmə oyunlarının 2021-ci ilin yazına qədər təxirə salınması və bu cür yarışların sayının azaldılması barədə qərar qəbul edib.

U-17, qızlar:
- Təsnifat mərhələsi 2021-ci il fevralın sonuna qədər keçiriləcək (mini-turnir).
- Elit-raund ləğv edilib və pley-off mərhələsi ilə əvəz olunub.
- Pley-off (14 komanda) 2021-ci il martın sonuna qədər keçiriləcək.
- Final mərhələsi planlaşdırıldığı kimi, 2021-ci ilin mayında Farer adalarında keçiriləcək.

U-17, oğlanlar:
- Təsnifat mərhələsi 2021-ci il martın sonuna qədər keçiriləcək (mini-turnir).
- Elit-raund ləğv edilib.
- 13 qrup qalibləri və reytinqə əsasən 2 komanda planlaşdırıldığı kimi, 2021-ci ilin mayında Kiprdə keçiriləcək final mərhələsinə vəsiqə qazanır.

U-19, qızlar:
- Seçmə mərhələ 2021-ci ilin fevralında keçiriləcək (mini-turnir).
- Elit-raund ləğv edilib və pley-off mərhələsi ilə əvəz olunub.
- Pley-off oyunları 2021-ci ilin aprelində təşkil olunacaq (14 komanda).
- Final mərhələsi planlaşdırıldığı kimi, 2021-ci ilin iyulunda Belarusda keçiriləcək.

U-19, oğlanlar:
- Seçmə mərhələ 2021-ci ilin martında keçiriləcək (mini-turnir)
- Elit-raund ləğv edilib və pley-off mərhələsi ilə əvəz olunub.
- Pley-off oyunları (14 komanda) 2021-ci il mayın sonuna qədər keçiriləcək.
- Final mərhələsi planlaşdırıldığı kimi, 2021-ci ilin iyulunda Rumıniyada keçiriləcək.

ApaSport

Digər xəbərlər