UEFA prezidenti: “Avrokubokları sona çatdırmamağımız mümkündür”

UEFA prezidenti: “Avrokubokları sona çatdırmamağımız mümkündür”
  • Clock-gray 23:29
  • calendar-gray 04 Aprel 2020

“Avrokubokların davamını həmişəki qaydada da, neytral meydanlarda da keçirməyimiz mümkündür. Yarımfinal və finalı belə keçirmək olar”. 

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı bildirib ki, koronavirus pandemiyası üzündən yarımçıq qalan avrokubok mövsümünü başa çatdırmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir: “Hər şey, həm Çempionlar Liqası, həm də Avropa Liqası avqustun 3-dək başa çatmalıdır. Vəziyyət fövqəladədir. Biz liqalarla eyni vaxtda da oynaya bilərik. Böhran dayansa, biz tez oynamağa başlayacağıq. Yeganə düzgün olmayan addım futbolçuların, azarkeşlərin və hakimlərin sağlamlığına nəsə təhlükə olduğu vaxtda oynamaqdır. Amma əgər təhlükəsizdirsə, problem görmürəm. İdman enerji gətirir və bizə lazımdır. İnsanlar əsəbiləşir, həyəcan keçirir. Futbol insanların həyatının vacib hissəsidir. Hətta indi superulduzlar həkimlər və tibb bacıları olsa da”.

UEFA mövsümün davam etdirilməmək variantının mövcudluğunu da qeyd edib: “Bizim turnirlərin bərpası üçün bir neçə planımız var: may, iyun, iyulda başlamağımız və ya avrokubokları sona çatdırmamağımız mümkündür. UEFA, liqalar və klublar arasında çalışan İşçi Qrupu var. Əgər hakimiyyət bizə oynamağa icazə verməsə, biz bunu bacarmayacağıq. Biz milli hökumətlərdən asılıyıq. İstənilən halda, oyunları bağlı qapılar arxasında keçirmək və televiziya ilə yayımlamaq olar. Axı futbol insanların istədiyi şeydir”.

ApaSport

Digər xəbərlər