Vəli Qasımov: “Sabah” Şeydayevin səviyyəsi deyil”

Vəli Qasımov: “Sabah” Şeydayevin səviyyəsi deyil”
  • Clock-gray 14:37
  • calendar-gray 25 May 2020

“Ramil Şeydayevə çox böyük ümidlər var. Amma ona təkbaşına oynamaq çətindir”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

Futbol mütəxəssisi yığmamızın hücumçusu Ramil Şeydayevi ölkənin ən böyük ulduzu hesab etdiyini açıqlayıb. Rusiya mətbuata müsahibə verən Qasımov Ramilin “Sabah” səviyyəsinə enməsindən narahatçılığını gizlətməyib: “Onu başa düşürəm: hücumçu qol vurması üçün topla təchiz olunmalıdır. Özünün nə isə etməsi ağırdır. Şeydayev pis futbolçu deyil. Amma hələ istənilən kimi alınmır. “Dinamo”da bir az oynadı, amma qol vurmadı və artıq oyunçu oldu. Düşünürəm ki, nahaq yerə “Sabah”a keçdi. “Sabah” onun səviyyəsi deyil. Çoxları deyir ki, ona oyun praktikası lazımdır. Amma mənə elə gəlir ki, indi o, üzüaşağı gedir”.

Qasımov bildirib ki, “Sabah” rəhbərliyinin bu fikirlərinə görə onu tənqid etməsi və qeyri-peşəkarlıqda ittihamları xırda şeylərdir: “Hərənin öz fikri var. Klub öz fikrini dedi və hesab etdi ki, onlara qarşıyam. Amma belə deyil. Mən kluba qarşı deyiləm. Mən Şeydayevin “Sabah”da oynamasının əleyhinəyəm. Aşağı yuvarlananda sonra qalxmaq ağır olur. Klub və futbolçu inciməsin, “Sabah” sadəcə olaraq Şeydayevin səviyyəsi deyil. Onun Rusiya karyerasının alınmaması idman bəxtsizliyi ilə bağlıdır. Qol vurmayanda lazımsız olursan. Ümid edirəm ki, onda hər şey alınacaq”.

ApaSport

Digər xəbərlər