"Vulverhempton" Azərbaycan millisinin futbolçusunu icarəyə verir

"Vulverhempton" Azərbaycan millisinin futbolçusunu icarəyə verir
  • Clock-gray 10:25
  • calendar-gray 07 Aprel 2020

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yenidən "Vulverhempton"dan ayrılmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi gənc forvardı növbəti dəfə icarəyə vermək fikrindədir.

Rəhbərlik heç cür əsas komandaya yüksələ bilməyən 21 yaşlı oyunçuya başqa klubda özünü inkişaf etdirmək şansı yaratmağı düşünür. Çünki Dadaşovun yaxın müddətdə komandanın aparıcı qolçusu Raul Ximenesə rəqib olması gözlənilmir. Hətta məşqçilər korpusu ispaniyalının yoxluğunda Pedro Neto, Dioqo Yota, Adama Traore və ya Daniel Podenseni mərkəz hücumçusu mövqeyində oynadır. Bu üzdən "Vulverhempton" Dadaşovun mövsümün sonunda icarəyə verilməsi variantını nəzərdən keçirir.

Qeyd edək ki, "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Renat Dadaşov ötən ilin ikinci 6 ayını icarə əsasında "Pakuş Fereyra"da keçirib.

ApaSport

Digər xəbərlər