"Yuventus" Ronaldonu satmağın əleyhinə olmasa da, "Real" onu istəmir

"Yuventus" Ronaldonu satmağın əleyhinə olmasa da, "Real" onu istəmir
  • Clock-gray 14:06
  • calendar-gray 07 Aprel 2020

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo "Real"a dönməyəcək.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi portuqaliyalı superulduzu geri qaytarmaq fikrində deyil.

"Yuventus" koronavirus pandemiyası ilə bağlı yaranmış maliyyə problemini həll etmək üçün Ronaldonu satmağın əleyhinə olmasa da, "kral klubu" onun xidmətində maraqlı deyil. 35 yaşlı forvard 2018-ci ildə Turin təmsilçisinə məhz "Real"dan keçib və müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Kriştianu Ronaldo cari mövsüm meydana çıxdığı 31 oyunda 25 qol vurub.

ApaSport

Digər xəbərlər