“Zirə” Cavid Hüseynovla vidalaşıb

“Zirə” Cavid Hüseynovla vidalaşıb
  • Clock-gray 15:19
  • calendar-gray 13 İyul 2020

"Zirə"də daha bir ayrılıq reallaşıb.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, paytaxt təmsilçisi kapitan Cavid Hüseynovla vidalaşıb.

Qəsəbə klubu 32 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb. Milli komandamızın üzvünün gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Cavid yay fasiləsində "Zirə"dən ayrılan 8-ci futbolçu olub. Ona qədər baş məşqçi Zaur Həşimovla yanaşı, Emil Balayev, Anastasios Papazoğlu, Miloş Bakraç, Yovan Krneta, Orxan Sadıqlı, Alvaro Ampuero və Adrian Skarlatake yola salınıb.

Qeyd edək ki, Cavid Hüseynov 2019/20 mövsümündə 5-ci yeri tutan komandanın heyətində 16 oyunda 2 qol vurub.

ApaSport

Digər xəbərlər