“Zirə” Moldova millisinin yarımmüdafiəçisini transfer edib

“Zirə” Moldova millisinin yarımmüdafiəçisini transfer edib
  • Clock-gray 12:30
  • calendar-gray 25 Yanvar 2020

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. 

Apasport.az saytının məlumatına görə, Bakı klubu George Antonla anlaşıb. 

27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Moldova millisinin üzvü olan futbolçu daha əvvəl ölkəsinin “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub.

Qeyd edək ki, “Zirə” qış fasiləsində Ağabala Ramazanov, Davit Volkov, Alie Sesay və Yovan Krneta ilə də müqavilə bağlayıb. 

ApaSport

Digər xəbərlər

Arxiv

date