İngiltərənin tanınmış klubu cəzalandırılıb

İngiltərənin tanınmış klubu cəzalandırılıb
  • Clock-gray 00:18
  • calendar-gray 22 Noyabr 2019

İngiltərənin “Bolton” klubu cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqada çıxış etdiyi vaxtlardan tanınan, lakin son illər ağır günlərini keçirən klubdan 5 xal silinəcək.

Bu cəza şərti xarakter daşıyır. Kluba ilyarımlıq müddət verilib. 

Hazırda gücünə görə 3-cü olan divizionda çıxış edən “Bolton” ötən mövsüm “Brentford”, cari mövsüm “Donkaster”lə matçda iştirak etmədiyi üçün belə cəza alıb. İlk hadisə Çempionşipdə yaşanıb. Həmin vaxt futbolçular maaşlarla bağlı borclara etiraz əlaməti kimi meydana çıxmayıblar. 

Texniki məğlubiyyət alan klub mövsümün sonunda aşağı liqaya düşüb. Üç ay əvvəl keçirilməli olan “Donkaster”lə matç isə sıx təqvimin gənc futbolçuların sağlamlığına ziyan vurmaq riski olması səbəbindən baş tutmayıb. Lakin nə rəqib, nə də liqa rəhbərliyi bu barədə məlumatlandırılıb.

Qeyd edək ki, cari mövsümün əvvəlində hesabından 12 xal silinən “Bolton” 1 xalla sonuncu pillədədir.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date