Lotereyada 183 milyon avro udan fanat sevimli klubunu alıb

Lotereyada 183 milyon avro udan fanat sevimli klubunu alıb
  • Clock-gray 22:23
  • calendar-gray 21 Noyabr 2019

Şotlandiyanın “Partik Tisl” klubunun sahibi dəyişib.

Apasport.az saytının məlumatına görə, Çempionşipdə mübarizə aparan komandanın azarkeşi Kolin Ueyr sevimli klubunu alıb.

O, lotereyada 183 milyon avro udub. K.Ueyr bu vəsaitin bir hissəsinə “Partik Tisl”i alsa da, onun 55 faizini fankluba bağışlamaq niyyətindədir.

71 yaşlı azarkeş bildirib ki, bu, 2020-ci ilin martının sonlarında baş verəcək: “Mən “Partik Tisl”in fanatları üçün füsunkar perspektivə yol açan səhmdar cəmiyyətlərin əksəriyyətinə təşəkkür edirəm. Mənə göstərilən etimadın itməməsinə nəzarət edəcəyəm”.

Qeyd edək ki, 13 turdan sonra 11 xala malik “Partik Tisl” Çempionşipdə sonuncu pillədə qərarlaşıb.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date