Abşeronda “İkoş” ləqəbli qadın narkotacir tutulub - FOTO

Abşeronda “İkoş” ləqəbli qadın narkotacir tutulub - FOTO
  • Clock-gray 13:40
  • calendar-gray 18 Yanvar 2020

Abşeron rayonu Mehdiabad qəsəbəsində polis əməliyyat keçirib.  

APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat nəticəsində “İkoş” ləqəbli qadın narkotacir tutulub. 

Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva saxlanılaraq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, 1 qram metofitamin və 1 ədəd tərəzi tapılıb.

 

İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date