Abşeronda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb - VİDEO

Abşeronda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb - VİDEO
  • Clock-gray 13:53
  • calendar-gray 15 Avqust 2020

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

DİN-dən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Restoranın sahibi 3000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimələnib.

apa-logo-mini

Digər xəbərlər