Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var - FOTO

Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var - FOTO
  • Clock-gray 17:34
  • calendar-gray 18 Sentyabr 2020

Abşeronda yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Saray qəsəbəsi, Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Ford” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. “Mercedes”in sürücüsu, 1980-ci il təvəllüdlü Paşayev Məhəmməd Namiq oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki sürücüsü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Digər xəbərlər