Abşeronda mənzillərdən 56 min manatlıq oğurluq edən şəxs tutulub

Abşeronda mənzillərdən 56 min manatlıq oğurluq edən şəxs tutulub
  • Clock-gray 11:58
  • calendar-gray 23 May 2020

Abşeronda mənzillərdən inşaaat materialları və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi  əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən 1000 manat dəyərində inşaat materialları və 55.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov saxlanılıb.

Sail Ağamirzə

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date