Abşeronda ölümlə nəticələnən zəncirvari qəza baş verib

Abşeronda ölümlə nəticələnən zəncirvari qəza baş verib
  • Clock-gray 22:46
  • calendar-gray 21 Noyabr 2020

Abşeron rayonu ərazisində ölümlə nəticələnən zəncirvari qəza baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Ceyranbatan qəsəbəsində qeydə alınıb. 

Belə ki, "Toyota Prado" markalı avtomobil "VAZ 21014" markalı avtomobilə dəyib və zərbənin gücündən sonuncu avtomobil yük maşınına dəyib. Qəza nəticəsində"VAZ 21014" markalı avtomobildə olan 1979-cu il təvəllüdlü İbrəhimova Ruhiyyə Tacir qızı hadisə yerində dünyasını dəyişib. 

"Toyota Prado" markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Ramil Zeynallı

Digər xəbərlər