Abşeronda qanunsuz fəaliyyət göstərən dərzi sexi aşkar olunub, 56 nəfər cərimələnib - FOTO

Abşeronda qanunsuz fəaliyyət göstərən dərzi sexi aşkar olunub, 56 nəfər cərimələnib - FOTO
  • Clock-gray 14:06
  • calendar-gray 04 İyul 2020

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polislər tərəfindən həmin sexlrə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarınnı pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub. 

Qanun pozuntusuna yol verən şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər. 

Qeyd edək ki. sahibkarlıq subyektləri  növbəti dəfə eyni əməli törədərlərsə, onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.  

 

Səlcuq Elçin

Digər xəbərlər