Abşeronda yük maşını piyadanı vuraraq öldürüb

Abşeronda yük maşını piyadanı vuraraq öldürüb
  • Clock-gray 12:36
  • calendar-gray 21 Yanvar 2020

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 20-də saat 02:00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date