Ağcabədidə aşkar olunmuş sursat zərərsizləşdirilib - FOTO

Ağcabədidə aşkar olunmuş sursat zərərsizləşdirilib - FOTO
  • Clock-gray 00:31
  • calendar-gray 29 Fevral 2020

Ağcabədi rayonunun Şotlanlı kəndi ərazisində qumbara tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən xəbərə görə, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partladıcının ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date