Ağcabədidə axtarışda olan şəxs tutulub

Ağcabədidə axtarışda olan şəxs tutulub
  • Clock-gray 12:19
  • calendar-gray 21 Yanvar 2020

Ağcabədidə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən APA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date