Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb
  • Clock-gray 16:47
  • calendar-gray 25 Mart 2020

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gəncə şəhər sakinləri –  1976-cı il təvəllüdlü Eyvazova Gülnarə İbrahim qızı, 1975-ci il təvəllüdlü Nəsibova Elnarə Namaz qızı və Qazax rayon sakini, 1959-cu il təvəllüdlü Həsənov Cahangir Məhəmmədəli oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər