Astarada karantin qaydalarını pozan şəxs həbs edilib - FOTO

Astarada karantin qaydalarını pozan şəxs həbs edilib - FOTO
  • Clock-gray 10:49
  • calendar-gray 03 Aprel 2020

Astarada karantin qaydalarını pozan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Astara Rayon Polis əməkdaşları tərəfindən tədbirlər davam etdirir.

Bu tədbirlər çərçivəsində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi ərazidə, Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs saxlanılıb. Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini Kənan Əmrayev karantin qaydalarını polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla pozaraq Lənkəran rayonunun ərazisinə daxil olub.  Həmin şəxs daha sonra Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib.

Ümumilikdə bu günədək Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Tural Kərimov

Digər xəbərlər