Astarada yanğın olub, xəsarət alan var

Astarada yanğın olub, xəsarət alan var
  • Clock-gray 16:36
  • calendar-gray 20 Fevral 2020

Astarada 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, rayonun Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date