Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb
  • Clock-gray 16:10
  • calendar-gray 29 May 2020

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.  

Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır. Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur.

Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra  bilər.

Vəli Turan

Digər xəbərlər