Azərbaycanda polis mayoru koronavirusdan ölüb

Azərbaycanda polis mayoru koronavirusdan ölüb
  • Clock-gray 17:20
  • calendar-gray 07 İyul 2020

Azərbaycanda daha bir polis əməkdaşı koronavirusdan ölüb.

APA-nın məlumatına görə, Laçın rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Zöhrab Əliyev COVİD-19 infeksiyasından vəfat edib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının (Karantin Xəstəxanası) baş həkimi İftixar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Laçın rayon sakini, 1967-ci il təvəllüdlü Əliyev Zöhrab İbrahim oğlu ötən gün axşam saatlarında ağır dərəcəli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Z.Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Z.Əliyev Laçın rayon Polis Şöbəsinin əməkdaşı olub.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanda 2 polis əməkdaşının koronavirusdan ölməsi barədə məlumatlar yayılıb.  

Fuad Nazimoğlu

Digər xəbərlər