Bakı polisi axtarışda olan 12 nəfəri saxlayıb

Bakı polisi axtarışda olan 12 nəfəri saxlayıb
  • Clock-gray 09:40
  • calendar-gray 25 Fevral 2020

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də 20 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsinindən APA-ya verilən məlumata görə, qəsdən adam öldürməyə cəhdə görə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 2 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğu üçün ümumilikdə 12 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date