Bakı sakini naməlum şəraitdə bıçaqlanıb

Bakı sakini naməlum şəraitdə bıçaqlanıb
  • Clock-gray 01:31
  • calendar-gray 22 Yanvar 2020

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Alatava yaşayış massivində baş verib.

31 yaşlı Əsədov Bilal Yaqub oğlunun sağrı nahiyəsinə 3 bıçaq zərbəsi vurulub. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date