Bakı sakini qonşusunu bıçaqlayıb

Bakı sakini qonşusunu bıçaqlayıb
  • Clock-gray 18:14
  • calendar-gray 02 Aprel 2020

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Seymur Rəhimov qonşusu, 1965-ci il təvəllüdlü Dadaş Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

S. Rəhimov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date