Bakı sakinini hədələyərək pulunu alan şəxs tutulub

Bakı sakinini hədələyərək pulunu alan şəxs tutulub
  • Clock-gray 12:15
  • calendar-gray 29 May 2020

Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

apa-logo-mini

Digər xəbərlər