Bakı sakinlərindən telefon oğurlayan şəxs saxlanılıb

Bakı sakinlərindən telefon oğurlayan şəxs saxlanılıb
  • Clock-gray 09:42
  • calendar-gray 03 Aprel 2020

Bakıda bazarda qadının telefonu cibgirlik yolu ilə oğurlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən bazarda qeydə alınıb. 

Şəhər sakini R. Bayramovanın 200 manat dəyərində olan mobil telefonu cibgirlik yolu ilə götürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R. İsmayılov saxlanılıb. 

Onun ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R. İsmayılovun martın 30-da Nizami rayonu, Q. Qarayev küçəsində yerləşən avtodayanacaqda daha bir nəfərin 360 manatlıq telefonunu oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date