Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət edib

Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət edib
  • Clock-gray 14:42
  • calendar-gray 14 Dekabr 2019

Bakıda 12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyev barəsindəki hökmdən kasasiya şikayəti verib.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxsin şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin baxış iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. o, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date