Bakıda 2 avtomobil toqquşub - FOTO - VİDEO

Bakıda 2 avtomobil toqquşub - FOTO - VİDEO
  • Clock-gray 00:04
  • calendar-gray 22 May 2020

 

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Yolayrıcında hərəkətdə olan "Daewoo" və "Kia" markalı nəqliyyat vasitələri toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. 

DYP əməkdaşları hər iki sürücünü saxlayaraq Alkoqol Sərxoşluğunun Yoxlanılması Məntəqəsinə aparıb.

Faktla bağlı araşdırma aparılır.

 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date